02.11.2018 13:11
2713

Əfsanəvi futbolçu Andrea Pirlo Çempionlar Liqasında favorit gördüyü komanda və Kriştiano Ronaldo haqqında yerli mətbuata açıqlamlar verib. Cempion.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirində “Real Madrid”i favorit görməyən Pirlo: “ “Yuventus”da daxil omaqla 5 komanda çempion ola bilər. “Yuventus”, “Liverpul”, “Barselona”, “Mançester siti” və “Bayer Münhen” favoridirlər. Ancaq “Yuvetus”un Seria A da göstərdiyi oyun onun daha çox şansının olduğunu deməyimə əsas verir” deyib. Ronaldo haqqında Pirlo: “ Keçmiş komanda yoldaşlarım Ronaldonun sadə insan olduğunu deyir. Buna heç təəccüblənmədim. Göstərdiyi oyunu ilə bunu hər zaman sübut edir” deyib.