02.11.2018 13:31
2465

"PSJ"nin hücumçusu Edinson Kavani komanda yoldaşları Neymar və Mbappe ilə aralarında fikir ayrılığı olması barədə gəzən şayiələrə münasibət bildirib.
- Neymar və Mbappe ilə yola getməməyimiz barədə gəzən söz-söhbət doğru deyil. Ola bilər ki, meydançada əlaqələrimiz hələ istənilən səviyyədə deyil. Bu o demək deyil ki, bizim münasibətlərimiz yerində deyil. Hazırda komaanda olaraq xətlərarası əlaqələri mükəmmələşdirmək üçün çalışırıq. Ümid edirəm ki, Tomas Tuxel ideal komanda qura biləcək və biz hamımız birlikdə mükəmməl bir mövsüm keçirəcəyik, - "Football Italia" Kavaninin sözlərini sitat gətitirir.