cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

Messi yenidən cinayət məsuliyyətinə cəlb oluna bilər

03.11.2018 14:05 Oxundu 2502

Argentina hökuməti Lionel Messini və atasını çirkli pulların yuyulmasında təqsirləndirir

Prokuror Pablo Turano bununla bağlı ittiham irəli sürüb. O, Messiyə məxsus xeyriyyə fondunun yoxlanılmasını tələb edib.

Prokuror hesab edir ki, fonda daxil olan ianələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb. Qanunsuz fəaliyyət 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verib. P.Turano fondun sabiq əməkdaşlarından birinin ifadəsi əsasında ittiham irəli sürüb. Onun sözlərinə görə, fonda daxil olan pullar sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmayıb.

Qeyd edək ki, Messi daha əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb edilsə də, 250 min avro cərimə ödəyərək 21 aylıq həbsdən yayınıb.

(report)