03.11.2018 15:19
2371

Almaniya mətbuatında FİFA prezidenti Cianni İnfantino barəsində qalmaqal yaradacaq məlumatlar yer alıb. Cempion.az dərc olunan xəbərlərə əsasən bildirir ki, İnfantino UEFA-da işləyən zaman vəzifəsindən sui istifadə edərək “Mançester Sit” və “PSJ” klublarının qanunsuzluqlarını gizləyib. Xəbərlərdə yazılanlara görə, İnfantino bu qayda pozuntularını gizlətməsəydi hər iki klub uzunmüddətli avrokuboklarda iştirak etmək hüququndan məhrum olacaqdı. Qeyd edək ki, məlumatlarda söhbət “Mançester Sit” və “PSJ”nin finansal feyr pley qaydalarını pozduğundan gedir.