
FİFA Prezidenti Canni İnfantino ona ünvanlanan ittihamları rədd edib. O bu tipli xəbərlərin FİFA-nın yeni rəhbərliyinin inamını sarsıtmaq məqsədi güddüyünü bildirib. İnfantino əlavə olaraq bunları deyib:“FIFA-da islahatları qətiyyətlə həyata keçiririk. Ona görə də ciddi, xüsusən də əvvəl yer aldıqları sistemdə utanmadan qazanc götürən, indi isə bunu edə bilməyənlərin müqaviməti ilə rastlaşacağımızı öncədən də bilirdim. Ona görə də FIFA-nın prezidenti seçilmişəm və yalnız bütün dünyada futbolun inkişafına və yaxşılaşdırılmasına köklənmişəm”. FIFA-dan sonra “Mançester Siti” və PSJ klubları da rəsmi səviyyədə ittihamları rədd ediblər. Qeyd edək ki, Almaniyanın “Spiegel” jurnalı İnfantinonun UEFA-nın baş katibi olduğu dövrdə prezident Mişal Platini ilə birgə 2011-2013-cü illərdə İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klublarını maliyyə “fayr-play”ini pozduqlarına görə cəzadan yayınmaqda kömək etmələri barədə iddialarla çıxış edib.
(report)