03.11.2018 16:51
2043
Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək. Cempion.az xəbər verir ki, turun ilk görüşündə “Keşlə” turnir cədvəlinin lideri “Neftçi”ni qəbul edəcək. İkinci qarşılaşmada son günlər işləri yaxşı getməyən “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq. Növbəti oyun günüdə “Qəbələ” “Sabah”ı, “Zirə” isə “Səbail”i qonaq edəcək.