03.11.2018 18:07
2022

İtaliya millisi və "Yuventus"un keçmiş futbolçusu Vinçenzo Yakinta 2 il müddətində həbs cəzası alıb. Cempion.az xəbər verir ki, İtaliya məhkəməsi eks futbolçunu cinayətkar dəstəyə kömək etməsinə və cinayətkar dəstə üzvü olan atasına qanunsuz silah verməsinə görə günhalandırıb. Futbolçunun atası isə dəstəyə üzvlüyünə görə 19 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, Yakinta 2006-cı ildə İtaliya Milli komandasının heyətində dünya çempionu olub.