cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Neftçi” "Keşlə"ni məğlub edərək liderliyini davam etdirib

03.11.2018 19:18 Oxundu 2115

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Turun açılış matçında “Keşlə” “ASK Arena”da “Neftçi”ni qəbul edib.

Qarşılaşma “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ikinci dəqiqədə Mirabdulla Abbasov vurub.

Bu nəticədən sonra “Neftçi” 25 xalla liderliyini davam etdirir. “Keşlə” isə 6 xalla 7-ci yerdədir.

Günün digər matçında “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq. Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Zirə - “Səbail” matçları ilə yekun vurulacaq.