cümə, 18 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona" liderliyi qoruyub saxladı

04.11.2018 09:34 Oxundu 2213

İspaniyanın "Rayo Valekano" komandası öz meydanında 2:3 hesabı ilə "Barselona"ya məğlub olub. Oyun İspaniya Çempionatının 11-ci turu çərçivəsində keçirilib. "Rayo Valekano"nun heyətində qolları Xose Anxel Poso (35-ci dəqiqə) və Alvaro Qarsiya (57-ci dəqiqə) vurublar. Kataloniyalılardan isə Luis Suares (11 və 90-cı dəqiqələr) və Usman Dembele (87-ci dəqiqə) fərqlənib.

Beləliklə, "Barselona" turnir cədvəlində 24 xalla birincidir, "Rayo Valekano" isə 6 xalla 19-cudur.(Trend)