cümə, 29 mart 2024

BİZİM FUTBOL

Azərbaycan Çempionatında 10-cu turun nəticələri

05.11.2018 09:40 Oxundu 1931

Azərbaycan Çempionatında 10-cu tura yekun vurulub. Cempion.az xəbər verir ki, bu turda liderlər büdrəməyib. Öz meydanında "Neftçi"ni qəbul edən "Keşlə" 0-1 hesabı ilə məğlub olub. Son günlər işləri qaydasında getməyən "Qarabağ" 2-0 hesabı ilə "Sumqayıt"a qalib gəlib. İkinci oyun günündə "Qəbələ" "Sabah"la qarşılaşmada sevinən tərəf olub 2-1. "Zirə" isə "Səbail"lə heç heçə edib 0-0. 10-cu turdan sonra "Neftçi" 25 xalla turnir cədvəlinə liderlik edir. Onu 20 xalla "Qarabağ" izləyir. 3-cü yerin sahibi "Sabah"ın isə aktivində 16 xalı var.