cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Qalatasaray" və "Fənərbaxça" cəzalandırıldı

09.11.2018 09:59 Oxundu 2085

Türkiyə Super Liqasının 10-cu turunda oynanılan "Qalatasaray" "Fənərbaxça" derbisindən sonra yaşanan hadisələr diqqət mərkəzinə düşdü. Cempion.az xəbər verir ki, oyundan sonraki qalmaqalda iştirak edənlərin hər biri və komandaları Türkiyə Futbol Federasiyası(TFF) tərəfindən cəzalandırılıb. TFF "Qalatasaray" klubundan baş məşqçi Fatih Terimə 7 oyun 65 min TL, köməkçi məşqçi Hasan Şaşa 8 oyun 20,8 min TL pul cəzası verib. Futbolçulardan Rayn Donk 6 oyun 15,6 min TL, Ndiaye 5 oyun 13 min TL, Qari Rodriqes 3 oyun 7 min TL, Mariano 5min TL pul cəzası alıblar. Ümümulikdə "Qalatasaray" komandası hadisələrə görə 85 min TL pul ödəyəcək .
"Fənərbaxça" klubundan futbolçular Jailson 8 oyun 20,8 min TL, və Soldado 6 oyun 15,6 min TL pul cəzası alıb. "Fənərbaxça" komandası isə davranışlarından dolayı 12min TL pul ödəyəcək.