bazar, 17 fevral 2019

DÜNYA FUTBOLU

Əfsanəvi futbolçu vida oyununu keçirdi

11.11.2018 17:52 Oxundu 226

Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavin Qazaxıstan "Kayrat"ının heyətində vida oyununu keçirib.

37 yaşlı hücumçu Karaqanda "Şaxtyor"uilə XXXIII tur matçının 50-ci dəqiqəsində meydana daxil olub.

Görüş qolsuz yekunlaşıb - 0:0. "Kayrat" çempionatı ikinci pillə başa vurub. Arşavinin isə klubla müqaviləsi yekunlaşıb. O, başqa kluba keçməyəcəyini açıqlayıb.

Andrey Arşavin 2016-cı ildən "Kayrat"ın formasını geyib. Təcrübəli hücumçu 100-dən çox oyunda 30 qol və 37 məhsuldar ötürmə müəllifi olub.

Arşavin Almatı komandasında 2 dəfə Qazaxıstan çempionatının gümüş medallarını, habelə, ölkə kuboku və superkubok əldə edib. (Report)