şənbə, 16 fevral 2019

DÜNYA FUTBOLU

PSJ-nin futbolçusu topla operatoru vurdu

12.11.2018 18:01 Oxundu 219

Fransa çempionatının “Monako” - PSJ görüşündə maraqlı hadisə baş verib. PSJ-nin müdafiəçisi Presnel Kimpembenin zərbəsi oyunu çəkən operatorun başına dəyib.

Hətta zərbə elə qüvvətli olub ki, operatorun papağı və eynəyi düşüb. Dərhal klub həkimləri operatora yaxınlaşıblar. Xoşbəxtlikdən operatorun ciddi zədəsinin olmadığı müəyyənləşib.

Oyundan sonra Fransa millisi ilə dünya çempionu olmuş Prensel Kimpembe operatora yaxınlaşaraq baş verən hadisəyə görə üzr istədiyini bildirib.(oxu.az)