15.11.2018 11:13
2574
2574

“Qəbələ” Futbol Klubuna ağır itki üz verib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, gecə saatlarında klubun futbol akademiyasının qapıçılar üzrə məşqçisi Teymur Musayev avtomobil qəzasında dünyasını dəyişib. Cempion.az “Qəbələ” Futbol Klubunun kollektivinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
ALLAH RƏHMƏT ELƏSİN