15.11.2018 13:27
2381

"Barselona" İtaliya, Yunanıstan, və Livanda məskunlaşmış qaçqınlar üçün 6 milyon avro pul ayırıb. Cempion.az xəbər verir ki, bu yardımların paylanmasında komandanın keçmiş fransalı futbolçusu Lilian Tyüram iştirak edəcək. Atılmış addımla bağlı "Barselona"nın vitse prezidenti Jorji Kardoner bunları deyib: "Dünyada olan qaçqınların yarısını uşaqlar təşkil edir. Uşaqlar dünyanın hər yerində köməksiz və günahsızdırlar. Ümid edirəm ki, bizim bu davranışımızdan sonra kimlərsə özündə məsuliyyət hiss edər".