cümə axşamı, 17 iyul 2025

DÜNYA FUTBOLU

"Fənərbaxça"da yeni baş məşqçi

15.11.2018 16:20 Oxundu 2608

Bir müddət öncə hollandiyalı baş məşqçi Filip Koku ilə yollarını ayıran "Fənərbaxça" klubuna köməkçi məşqçi Ervin Kuman başçılıq edirdi. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın idman dirketori Damien Komoli bu gün verdiyi açıqlamada Kumanla davam edəcəklərini bildirib. Komoli deyib: "Kumanın baş məşqçimiz olmasını istəyirik. Son oyunlardakı nəticələrinə görə belə qərara gəldik. Kuman özü də təklifimizə yaxşı baxır. Geridə qalan vaxtda klubumuzun baş məşqçisi olmasını istəyirik".