cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

UEFA-dan Əliyar Ağayevə təyinat

16.11.2018 14:20 Oxundu 2268

FİFA referimiz Əliyar Ağayev növbəti təyinatnı alıb. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının 5 ci turu çərçivəsində noyabrın 19-da keçiriləcək Danimarka - İrlandiya oyununu Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq