cümə, 19 aprel 2024

BİZİM FUTBOL

UEFA "Qəbələ"yə 25 min avro verdi

16.11.2018 18:32 Oxundu 2120

"Qəbələ"nin 19 yaşlı futbolçulardan ibarət komandası Gənclər Liqasında iştirakına görə UEFA-dan yardım alıb.

“Qəbələ” İdman Klubunun 19 yaşlı futbolçulardan ibarət komandasının 2018/19-cu il mövsümündə UEFA Gənclər Liqasınının birinci mərhələsində iştirakına görə səyahət (travel and accommodation) xərclərinə UEFA tərəfindən ayrılmış 25,000.00 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qəbələ” İK-nın hesabına köçürülüb.