cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Həbib Makqreqorla boks qaydaları ilə döyüşməyə hazırdır

17.11.2018 14:35 Oxundu 2202

Qarışıq üslubli döyüşçü Həbib Nurməhəmmədov boks qaydaları üzrə irlandiyalı Konor Makqreqora qarşı döyüş keçirə bilər.

Cempion.az “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bunu döyüşçünün atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov deyib.

Onun sözlərinə görə, K. Makqreqorla boks döyüşü maraqlı ola bilər: “Həbib göstərdi ki, qarışıq təkbətək döyüş növlərində ən yaxşı zərbəçilərə qalib gəlmək gücündədir. O bunu əvvəl də deyirdi, lakin az adam inanırdı. Lakin Maykl Conson, Edson Barboza və Konor üzərində parlaq qələbələrdən sonra inanmağa başlayırlar”.