cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Yuventus"un futbolçusu onu fitə basan azarkeşlər haqda: "Axmaqlar həmişə olacaq"

18.11.2018 15:33 Oxundu 1677

UEFA Millətlər Liqasının qrup mərhələsinin Portuqaliya ilə oyununda fitə basılan İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi azarkeşlərin hərəkətinə münasibət bildirib.
“Football İtalia” nəşrinin yaydığı xəbərə görə, futbolçu mövsümün əvvəlində “Yuventus”a keçdiyi üçün ona narazılıq edən fanatları axmaq adlandırıb:
“Axmaqlar həmişə olacaq. Komanda yoldaşlarım və baş məşqçimiz mənə güvənir. Yerdə qalan məsələlər məni maraqlandırmır”.

Qeyd edək ki, 2017-ci ilin yayında “Yuventus”u “Milan”a dəyişən Bonuççi 1 mövsüm sonra yenidən Turin klubuna qayıdıb. Məhz bu səbəbdən dünən “San Siro” stadionunda keçirilən matçda yerli azarkeşlər müdafiəçini fitə basıblar.

(Qol.az)