cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Sumqayıt" üzərində qələbəyə görə 700 manat alacaqlar

18.11.2018 16:46 Oxundu 1962

«Keşlə» cari mövsüm Premyer Liqada ikinci qələbəsini «Sumqayıt» üzərində qazandı.

4:1 hesablı zəfər sabiq «bankirlər»in xal ehtiyatını 9-a çatdırdı.

Əldə olunan nəticənin maliyyə tərəfinə gəlincə... Son bir neçə günü Azərbaycandan kənarda keçirən Zur Axundov bu gün düşərgədə görünüb.

Müşahidə Şurasının sədri komandanın məşqini tribunadan izləyib və onun adından futbolçulara bildirilib ki, yaxın günlərdə mükafat veriləcək.

Nə qədər? 700 manat civarında.

(sportinfo.az)