bazar, 17 fevral 2019

BIZIM FUTBOL

Kamran millinin heyətindən çıxarıldı

18.11.2018 17:38 Oxundu 307

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Cempion.az AFFA-nın saytına istinadən xəbər verir ki, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin (“Keşlə”) əvəzinə millinin heyətinə “Qarabağ” klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.