şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Mançester Yunayted” İtaliyadan “yox” cavabı aldı

18.11.2018 20:54 Oxundu 1991

İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “Napoli” klubu ilə anlaşa bilməyib.

Italyanlar ingilislərə müdafiəçi Kalidu Kulibalini satmayacaqları bildiriblər.

İmtinaya səbəb kimi futbolçunun transfer qiyməti göstərilir.

Mançester təmsilçisi seneqallı futbolçuya görə “Napoli”yə 90 milyon avro təklif etsə də, italyanlar futbolçunu 100 milyon avrodan aşağı satmayacaqlarını bildiriblər.

Nəticədə iki klub arasında aparılan danışıqlar uğursuz başa çatıb.

Qeyd edək ki, Kulibalinin transferində həmçinin “Real”, “Barselona”, “Manşester Siti” və “Bavariya” kimi klublar maraqlıdır.

(Oxu.Az)