çərşənbə axşamı, 23 aprel 2024

DİGƏR NÖVLƏR

Avropada türk derbisi

19.11.2018 16:00 Oxundu 2111

Basketbolda Avropanın ən prestijli turniri olan THY Avroliqada (Turkish Airlines Euroleague – Türk Hava Yolları Avroliqa) Türkiyənin Fənərbaxça və Darüşşafaka Tekfen komandaları qarşılaşacaq.

Cempion.az NTV spora istinadən xəbər verir ki, görüş avroliqanın səkkizinci həftəsində Noyabrın 20-i Bakı vaxtı ilə saat 22:00 da baş tutacaq.

Oyun Fənərbaxça azarkeşlərinin önündə - Ülkər İdman Kompleksində oynanılacaq.

Ligada son 7 oyunda 1 dəfə uduzan Fənərbaxça, yeganə məğlubiyyətini də bir digər türk təmsilçisi Anadolu Efes qarşısında yaşamışdı. Zelko Obradoviçin komandası avroliqanın siyahısında 3-cü pillədə qərarlaşıb.

Əhməd Çakının baş məşqçiliyini etdiyi Darüşşafaka Tekfen isə liqada 1 qələbə, 6 məğlubiyyət ilə siyahının sonuncusudur.

Fənərbaxça ilə Darüşşafaka Tekfen, THY Avroliqada beşinci dəfə qarşılaşacaq. Komandalar bundan əvvəlki mübarizələrdən 2 dəfə qələbə qazanaraq ayrılıblar.