bazar, 17 fevral 2019

DÜNYA FUTBOLU

Arsen Venger futbola qayıdacağı vaxtı açıqlayıb

20.11.2018 13:58 Oxundu 199

Ötən mövsüm 22 illik "Arsenal" karyerasını başa vuran Arsen Venger futbola qayıdacağı vaxtı açıqlayıb. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki jurnalistlərə açıqlamasında Venger: "2019-cu ildə yenidən futbolaq qayıdacam. Futbol dünyasında olan hər şeyi izləyirəm. Yaşadığım rəqabət və həyəcan üçün darıxmışam. Bu işdən hələki doymamışam. 35 illik təcrübəm var. Təcrübəmi insanlarla paylaşmalıyam" deyib. Qeyd edək ki, təcrübəli futbol mütəxəssisinin adı avropanın bir çox aparıcı komandaları ilə ilə hallanır.