çərşənbə, 16 iyul 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: "Futbolçuların üstünə çox getməyək"

21.11.2018 09:14 Oxundu 2186

UEFA Millətlər Liqasının qrup mərhələsinə yekun vurulub. Cempion.az xəbər verir ki, son oyunda Azərbaycan Milli komandası Kosovoya 4-0 hesabı ilə məğlub olub. Oyundan sonra millimizin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. O, qarşılaşma haqqında: "Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovo millsinin gücünü bilirdik. Bu gün məğlubiyyət gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə oldu. O da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı. Futbolçuların üstünə çox getməyək. Bu gün rəqibin əsl gücü tam bilindi. Rəqib komandanın oyunçularının fərdi ustalığı göz oxşayırdı. Kosovo millisinə uğurlar arzulayıram" deyib.