21.11.2018 10:56
2244

"Roma" klubunun prezidenti "Real Madrid"lə oynanılacaq matça türkiyəli siyasətçini dəvət edib. Cempion.az xəbər verir ki, "Roma"nın prezidenti Ceyms Palotta "Roma"-"Real Madrid" qarşılaşmasını izləməsi üçün Türkiyənin Milliyətçi Hərəkət Partiyasının(MHP) rəhbəri Devlet Bahçelini oyuna dəvət edib. Bu maraqlı qarşılaşmaya məşhur tenisçi Rafael Nadal və aktor Antonio Banderas da dəvət edilib.