21.11.2018 13:00
2600

Mövsümə uğursuz nəticələrlə başlayan "Real Madrid" transfer hazırlıqlarına başlayıb. Cempion.az İspaniya mətbuatına əsasən xəbər verir ki, Kral klubu "Totenhem"in futbolçusu Harri Keyini rənglərinə bağlamaq istəyir. "Real madrid" Harri Keyn üçün 200 milyon avronu gözdən çıxarıb. Futbolçu və komandası ilə razılıq əldə olunacağı halda Keyn mövsümün ikinci yarısından etibarən "Real Madrid"in şərəfini qoruyacaq. Qeyd edək ki, Hari Keyn bu mövüsm 16 oyuna 10 qol vurub.