çərşənbə, 16 iyul 2025

BİZİM FUTBOL

Təmkin millidə 10-cu oyununu keçirdi

21.11.2018 18:13 Oxundu 2105

"Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan milli komandasında növbəti oyununu keçirib. Müdafiəçimiz UEFA Millətlər Liqasının sonuncu - VI turunun iştirakçısı olub. O, D liqasının III qrupunda keçirilən Kosovo – Azərbaycan matçında (4:0) meydana çıxıb. Start heyətində yer alan Xəlilzadə oyunu əvəzolunmadan keçirib. Müdafiəçi bu qarşılaşmada sarı vərəqə alıb.

Xatırladaq ki, bu görüş Təmkinin millidə 10-cu oyunu olub. Onun hesabında 1 qol var.