22.11.2018 09:13
2371

"Porto"nun ispaniyalı qapıçısı İker Kasilyas gələn mövsümdən etibarən komandasını dəyişəcəyi bildrilir. Cemipon.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı təcrübəli qapıçı üçün ABŞ-dan təklif gəlib. MLS təmsilçisi "Çikaqo Fayr" klubu Kasilyası heyətinə qatmaq istəyir. Qapıçı ilə razılıq əldə olunarsa gələn mövsümdən etibarən azarkeşlər Kasilyası ABŞ liqasında görə bilər. Qeyd edək ki, Kasilyas 2016-cı ildə "Real Madrid"dən "Porto"ya transfer olunub.