cümə, 12 sentyabr 2025

DÜNYA FUTBOLU

Yannik Karraskonun milli komandaya gedə bilməməsinin səbəbi bilinib

22.11.2018 09:47 Oxundu 2317

Çinin "Dalian Yifang" klubunun belçiklalı yarımmüdafiəçisi Yannik Karraskonun milli komandaya gedə bilməməsinə səbəbi bilinib. Cempion.az xəbər verir ki, fubolçu məşq zamanı bilməyərək komanda yoldaşının burnunu qırdığı üçün barəsində cinayət işi açılıb. Bu səbədən Karraskonun pasportu əlindən alınıb və futbolçu ölkəni tərk edə bilmir. Komanda yoldaşının şikayətçi olmadığını bildirən Karrasko: "Ona bütün xərcələri ödəyəcəyimi təklif etdim qəbul etmədi. Məndən təzminat istədiyinə aid çıxan xəbərlər də doğu deyil" deyib. Qeyd edək ki, Karrasko ötənmövsüm dövrə arasında "Atletiko Madrid"dən "Dalian Yifang"a transfer olunub.