22.11.2018 10:27
2467

Dövrə arasında "Çelsi" klubu heyətinə yeni müdafiəçi qatmaq istəyir. Cempion.az xəbər verir ki, "zadəganların" baş məşqçisi Maurisio Sarri "İnter"in mərkəz müdafiəçisi Milan Skriniarı istədiyini rəhbərliyə bildirib. Rəhbərlik təcübəli baş məşqçinin istəyinə əsasən "İnter"lə danışıqlara başlayıb. Razılıq əldə olunacağı halda Skriniar yanvardan etibarən "Çelsi"nin uğurları üçün çalışacaq. Qey edək ki, futbolçu üçün "Mançester Yunayted" klubu da italyanlara rəsmi təklif edib.