çərşənbə, 16 iyul 2025

DÜNYA FUTBOLU

Qvardiola: "Klop və "Liverpul" yadıma düşür və diqqətim dağılır"

22.11.2018 11:12 Oxundu 2702

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mətbuata açıqlama verib. Cempion.az xəbər verir ki, daha çox Yurgen Klop və "Liverpul" haqqında danışan Qvardiola: "Kitab oxumağı çox sevirəm ancaq oxuya bilmirəm. Oxumağa başlayan kimi Klop və "Liverpul" yadıma düşür və diqqətim dağılır. Gözəl bir kitabxanam var. Ümid edirəm ki, heç nə düşünmədən oxumağa vaxtım olacaq. Hal hazırda "Barselona" və "Bayer Münhen"dəki vaxtlarımdan daha yaxşı baş məşqçiyəm. Premyer Liqanı ələ almağı bacarmışam" deyib.