çərşənbə, 16 iyul 2025

DÜNYA FUTBOLU

Pep Qvardiola: "Milli komada müqavilə təklif edərsə nəzərə ala bilərəm"

22.11.2018 16:56 Oxundu 2048

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola milli komanda baş məşqçisi olmaq barədə danışıb. Cempion.az xəbər verir ki, belə bir xəyalı olduğunu bildirən Qvardiola: "Milli komanda baş məşqçisi olmaq çox məsuliyyətlidir. Düşünürəm ki, bacara bilərəm. Bəli milli komanda baş məşqçisi olmaq arzum var. Gec ya tez olacağını bilmirəm. Ancaq bilirəm ki, bu iş baş tutacaq. Əgər hər hansı bir milli komada müqavilə təklif edərsə bunu nəzərə ala bilərəm" deyib