23.11.2018 09:17
2374

Məşhur brazilyalı futbolçu Ronaldinyonun qiymətli əşyaları dövlət tərəfindən müsadirə olunub. Cempion.az xəbər verir ki, ölkəsində icazəsiz tikinti işi gördüyü üçün Rio de Janeiro məhəkəməsi futbolçunun 3 bahalı avtomobilini və çox qiymətli tarixi rəsm əsərinin müsadirə edilməsi üçün qərar qəbul edib. Qeyd edək ki, Ronaldinyo dövlət qoruğu ərazisində icazəsi tikinti işi gördürərək təbiətə ziyan verdiyi üçün dövlət tərəfindən verilmiş 2 milyon avro pul cəzasını ödəməyib.