çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

İker Kasilias: " Mouriniyo ilə çempion olsaq da işlər yaxşı getmirdi"

23.11.2018 10:17 Oxundu 2189

Təcrübəli ispaniyalı qapıçı İker Kasilias keçmiş baş məşqçisi olmuş Joze Mouriniyo haqqında maraqlı açıqlmalar verib. Cempion.az xəbər verir ki, Mouriniyo ilə oyunçuların münasibətinin yaxşı olmadığını bildiriən Kasilias: "Mouriniyo "Barselona" ilə mübarizə aparmaq üçün "Real Madrid"ə gəlmişdi. Onun rəhbəriliyində komanda çox stresli idi. Bu xoşalamadığım bir haldı. Mouriniyo ilə çempion olsaq da işlər yaxşı getmirdi. Bütün oyunçular ilə münasibəti pis idi. Bu hal onun üçün mənim və klub üçün çox pis hal idi. Əslində Mourinoya layiqli cavab verə bilərdim ancaq danışmamağa üstünlük. "Real Madridin" dəyərlərinə olna hörmətimə görə susmağı seçdim" deyib