23.11.2018 10:39
2200

Karyerasını başa vurduğunu açıqlayan məşhur dünya ulduzu Didye Droqba haqqında maraqlı paylaşımlar davam edir. Cempion.az xəbər verir ki, təcrübəli hüçumçu haqqında "Bayer Münhen" klubu sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bu sözlər yer alıb: "Qəlblərimizi bir dəfə qırdın ancaq mükəmməl karyeran üçün səni təbrik etmək istəyirik". Qeyd edək ki, Çempionlar Liqasının 2012 - ci ildədəki "Bayer Münhen"lə "Çelsi" oyununun 88-ci dəqiqəsində Droqba hesabı bərabərləşdirib oyunu əlavə vaxta getməsinə səbəb olmuşdu. Penaltilər seriasında isə sonuncu vuruşu özü yerinə yetirərək "Çelsi"ni Çemionlar Liqasının qalibi etmişdi.