23.11.2018 11:30
2511

18 aylıq dopinq cəzasınsan sonra profesional karyerasını davam etdirən Samir Nasri məşqlərə başlayıb. Cempion.az xəbər verir ki, "Vest Hem"in məşqlərində iştirak edən Nasri haqqında klubun baş məşqçisi Manuel Pereqlini fikirlərini açıqlayıb. Oyunçunu komanda da saxlamaq istədiklərini bildirən təcrübəli futbol mütəxəssisi: "Nasriyə təkrar futbol oynamaq şansı vermişik. hər şey özündən aslıdır. Düşünürəm ki, mövsüm sonuna qədər yaxşı vəziyyətdə olar. Onu komanda da saxlamaq istəyirik" deyib. Qeyd edək ki, Peleqrini "Mançester Siti"də Nasrinin baş məşqçisi olub.