23.11.2018 11:52
2156

Joze Mouriniyo keçmiş tələbəsi Kasilias haqqında maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, Kasilias haqqında elə də yaxşı sözlər deməyən Mouriniyo: "Kasiliasın mənim haqqımda dedikləri hər bir futboçunun karyerasının sonunda etdiyi bir hərəkətdir. Çıxışında mənə heç nə demədiyini, sakit qaldığını vurğulayır. Ancaq deyə bilərəm ki, mənim komandadan getməyimdə rolu olanlardan biri də Kasilias idi. Arxadan iş görməkdə Kasilias ən yaxşılardan biridir" deyib.