23.11.2018 15:48
2268

İngiltərənin "Arsenal" klubu "Borusia Dortmund"un futbolçusunu heyətinə qatmaq istəyir. Cempion.az xəbər verir ki, London klubunun baş məşqçisi Unay Emeri dortmundluların 23 yaşlı futbolçusu Julian Veiqli komadaya cəlb edilməsini rəhbərliyə bildirib. Futbolçu üçün "Arsenal" almanlara 68 milyon fundsterlinq təklif edib. Qeyd edək , "Arsenal" daha əvvəl "Borusia Dortmund"dan Obemeyanq və Sokratisi rənglərinə bağlaya bilib.