çərşənbə, 16 iyul 2025

DÜNYA FUTBOLU

Pike yeni turnir yardacağını deyib

24.11.2018 10:55 Oxundu 2074

"Barselona"nın ulduz futbolçusu Jerard Pike Fransa mətbuatına açıqlama verib. Cempion.az xəbər verir ki, yeni layihələr üzərində işlədiyini bildirən Pike: "Futbol dünyası yeniliklərim üçün hazır olsun. İki yeni layihə üzərində işləyirik. İlk hədəfim futbol klubu almaqdır, bu barədə əlavə olaraq heç nə demiyəcəm. İkinci planım isə yeni bir turnir yaratmaq olacaq" deyib. Qeyd edək ki, Pike gələcəkdə "Barselona"nın prezidenti olmaq biləcəyini də istisna etməyib.