24.11.2018 11:24
2342

"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Joze Mouriniyo yetirmələri olan Luk Şou, Antoni Martial, Cese Linqard və Markos Reşford haqqında maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, adı çəkilən futbolçuların məsuliyyətsizliyindən danışan Mourinoyo: "Bu futbolçular sanki uşaqdırlar özlərini heç vaxt yetgin adam kimi aparmırlar. İndiki uşaqların ərköyünlüyü günümüzün problemidir. İndi insanlar daha gec yetkinləşir. Misal üçün Luk Şou. Çox yaxşı potensialı var ancaq necə rəqabət aparacağını bilmir. Martial, Linqard və Reşforda həmişə potesiallarının çox olduğunu deyirəm ancaq öz üzərlərində işləmirlər" deyib.