şənbə, 16 fevral 2019

GÜLƏŞ

Azrəbaycan güləş federasiyası məhkəməyə işçilərin maaşlarını ödəmək istəmədiklərini bildirib

24.11.2018 12:25 Oxundu 314

Güləş federasiyasının işçiləri federasiyaya qarşı məhkəmə iddiası qaldırıblar. Zamanov Balağa, Xaliqov Mikayıl, Hacıyev Nizami, İmaməliyev Orxan iddia ərizəsində Azərbaycan Güləş Federasiyasından 4 aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələb ediblər.Məhkəmə iddianı qismən təmin edib. Qərar belə olub ki, federasiya maaşları ödəsin, məzuniyyət pulları isə ödənilməsin. AGF bu qərarla razılaşmayıb və apellasiya şikayəti verərək maaşları ödəmək istəmədiklərini bildirib və belə qərar çıxarılmasını istəyib. Hazırda proses davam edir.Azərbaycan Güləş Federasiyasının prezidenti keçmiş vergilər naziri Fazil Məmmədov olub. O, bir müddət əvvəl bu vəzifəsindən istefa verib.(qafqazinfo)