26.11.2018 10:41
2038

Libertadores kubokunun dünən keçirilməli olan "River Pleyt" və "Boka Xuniyors" arasında olacaq final oyunu təxirə düşüb. Cempion.az xəbər verir ki, "River Pleyt" azarkeşlərinin "Boka Xuniyors"un avtobusuna hücum etməsindən sonra oyun təxirə düşüb. Oyunun nə vaxt başlayacağı isə Cənu Amerika Futbol Federasiyasın 27 noyabrda keçiriləcək olan iclasından sonra bilinəcək. Qeyd edək ki, iki oyundan ibarət olan Libertadores kubokunun ilk qarşılaşması 2-2 hesabı ilə başa çatıb.