çərşənbə axşamı, 15 iyul 2025

BİZİM FUTBOL

Soni Mustivar: " Layiq olduğumuz qələbəni qazandıq "

26.11.2018 14:01 Oxundu 1972

"Neftçi”nin futbolçusu Soni Mustivar "Səbail”lə oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Yarımmüdafiəçi azarkeşlərimizin də dəstəyi ilə qazanılan qələbənin asan başa gəlmədiyini deyib:

"Səbail”in güclü futbolçuları var. Xüsusilə yaxşı müdafiə olunurlar. Əvvəldən sona kimi diqqətli oynadıq. Buna görə də "Zirə” ilə görüşdə buraxdığımız səhvləri təkrarlamadıq. Asan olmasa da, azarkeşlərimizin də dəstəyi ilə layiq olduğumuz qələbəni qazandıq. Nəticədən razıyam. Artıq "Sabah”la oyuna köklənməliyik”.