çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Ronaldo 50 illik rekordu yenilədi

26.11.2018 14:09 Oxundu 2073

"Yuventus"un protuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo daha bir tarixi göstəriciyə imza atıb. Cempion.az xəbər verir ki, son turda SPAL ilə görüşdə komandasının ilk qolunun müəllifi olan Ronaldo bu mövsüm Seriya A-da 13-cü oyununda 9-cu qolunu vurub. Bu göstərici ilə o "Yuventus"un tarixinə düşüb. "Yuventus"da bu nəticəni 50 il əvvəl 1968-1969-cu il mövsümündə Pitero Anastasi göstərib