
"Neftçi"nin yarımmüdafiəçi Emin Mahmudov "Səbail” üzərində qələbə barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Qələbəyə layiq idik. Qol vurmağım və məhsuldar ötürmə verməyim statistika üçün çox yaxşı nəticədir. Ötürməm yaxşı alınmışdı, amma Dabonun başla zərbəsini də qeyd etmək lazımdır. Çünki zərbə dəqiq alınmasaydı, məhsuldar ötürmədən söhbət gedə bilməzdi. "Səbail”lə oyun arxada qaldı, artıq qarşıdakı matçı düşünməliyik".
Futbolçu oyunda təyin olunan mübahisəli penalti barədə də danışıb. O bildirib ki, həmin anı yaxından görmədiyi üçün heç nə deyə bilməz:" Düzdür, oyundan sonra həmin epizodda penalti olmadığını deyənlər var idi. Amma mən ikinci qola qədər "Səbail”in hər hansı qol vəziyyətini xatırlamıram”. Bununla da "Neftçi"nin hazırkı kapitanı hakimin qərarının mübahisəli olub-olmamasından asılı olmayaraq oyunun nəticəsinin şübhələrə yer qoymadığını əsaslandırmağa çalışıb.