çərşənbə axşamı, 15 iyul 2025

BİZİM FUTBOL

Azərbaycanlı FIFA hakim-inspektoru erməni ilə eyni oyuna təyinat alıb

26.11.2018 17:13 Oxundu 2273

Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev erməni ilə eyni oyuna təyinat alıb.

A.Xudiyev Avropa Liqasının qrup mərhələsinin K qrupunda keçiriləcək "Astana" (Qazaxıstan") - "Dinamo" (Kiyev, Ukrayna) matçında iş başında olacaq. Görüşün UEFA nümayəndəsi isə Ermənistan təmsilçisi Artur Azaryan olacaq. Qarşılaşmanı İvan Bebekin başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək.

A.Xudiyev əvvəllər Ermənistan komandasının oyununda da hakim-inspektor olub.

Qeyd edək ki, noyabrın 29-da “Astana Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:50-də başlayacaq. "Astana"da Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda da çıxış edir.