çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Mouriniyo hücum xəttinə eks futbolçusunu istəyir

27.11.2018 09:34 Oxundu 2247

Hücum xəttində problemlər yaşayan "Mançester Yunayted" qış transfer pənəcərəsində komandaya yeni futbolçu qatacağı bildirilir. Cempion.az xəbər verir ki, "qırmızı şeytanların" baş məşqçisi Joze Mouriniyo rəhbərliyə almaq istədiyi futbolçunun adını təqdim edib. Təcrübəli futbol mütəxəssisi "Vest Hem"dən Marko Arnautoviçi kollektivində görmək istəyir. Klub rəsmiləri Mouriniyonun istəyini nəzərə alaraq futbolçu üçün 50 milyon funt sterlinqi gözdən çıxardıb. Qeyd edək ki, 2009-2010 -cu illərdə Mouriniyo "İnter"in baş məşqçisi olan zaman Arnautoviç də "İnter"in şərəfini qoruyub