çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Sneyder: "Qalatasaray"a ya futbolçu ya da, baş məşqçi kimi qayıdacağam"

27.11.2018 10:08 Oxundu 2349

"Qalatasaray"ın keçmiş futblolçusu Uesli Sneyder Türkiyə mətbuatına açıqlamalar verib. Cempion.az xəbər verir ki, Türkiyədə olduğu illərdə xoşbəxt olduğunu deyən təcrübəli futbolçu: "Türkiyədən gəldiyim vaxtdan indiyə kimi azarkeşlər, komandan və ölkə üçün çox darıxıram. Ürəyim hələdə sarı-qırmızıdır və sona qədər də belə olaraq qalacaq. Azarkeşlərin mənim haqqımda danışmağından qürur duyuram. "Qalatasaray" və azarkeşlər hər zaman qəlbimdə olacaq. Bir gün "Qalatasaray"a ya futbolçu ya da, baş məşqçi kimi qayıdacağam. Fatih Terimə minnətdaram məni kluba o gətirdi bu qədər çox sevilməyimdə böyük əməyi var. Onunla çox yaxşı münasibətimiz var. Onlara Çempionlar Liqsında uğurlar arzulayıram" deyib. Qeyd edək ki, Sneyder Qətərin "Al Qarafa" klubunun futbolçusudur. O, 2013-2017 ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub.